Sosial şəbəkədə biz:

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

05 January 2019, 22:26
Gündəm
"Azərkosmos" ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxracat icmalı"nda deyilir. Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib. 2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib. (Trend)