Sosial şəbəkədə biz:

Azərbaycanın bu kəndində su hələ də səhənglə daşınır - VİDEO

06 January 2019, 14:34
Gündəm
Tovuzun Aşağı Öysüzlü kəndində böyükdən kiçiyə hər kəs hələ də suyu səhənglə daşıyır. Burada qədim adət-ənənə bu gün də qorunub saxlanılır. Misdən hazırlanan səhənglər su ilə dolu halda ağır olsa da, kənd sakinləri uzun məsafə qət edərək 2 əsrə yaxın yaşı olan bulaqdan içməli suyu məhz bu səhənglərlə daşıyırlar. Qadınlar səhənglə su gətirmək üçün səhər saatlarından bulaq başında növbə gözləyirlər. Kənddə hələ də yaşadılan adət-ənənələrdən biri də bulaq başında tanışlıqdır. Kənd sakinləri bildirirlər ki, texnologiya nə qədər inkişaf etsə də səhənglə su daşımaq onlar üçün keçmişin yadigarı olaraq qalacaq.