Sosial şəbəkədə biz:

Keçmiş icra başçısı vəfat etdi

07 January 2019, 09:55
Gündəm
Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.
Mahmud Quliyev uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb.  2000-ci ildən 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirmiş.