Sosial şəbəkədə biz:

Ər arvadını döyüb bu hala saldı

07 January 2019, 16:58
Gündəm
Ər arvadına yatdığı yerdə başından zərbə endirib. Moderator.azbildirir ki, Qadın və Uşaq Sığınacağından “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Şəmkir rayonu, Qaracəmirli kəndində baş verib.
Ataşov Zeynal Ramiz oğlu arvadı, 1985-ci il təvəllüdlü Kazımova Gülnarə Zakir qızını yatdığı zaman başından şüşə “butulka” ilə vurub və sonra döyüb.
Yaxınlarının polisə müraciətindən sonra Z.Ataşov saxlanılıb, araşdırma aparılır. Onların birgə nikahdan 1 qız, 1 oğlan övladı var.