Erməninin bayrağını alan çempion Bakıdan Şəkiyə piyada yürüş etdi - Video+Foto
Qaydasız döyüş üzrə müxtəlif yarışların qalibi olan Azad Məmmədov Bakıdan doğulduğu Şəki rayonuna piyada yürüş edib. Ötən ilin son günü - dekabrın 31-də yürüşə başlayan Azad, yanvarın 5-də doğma kəndinə çatıb. Azad Məmmədov Azinforum.az-a açıqlamasında bildirib ki, yürüşdə məqsəd vətənpərvərlik və idmanı təbliğ etmək olub. İdmançı doğma kəndində toy-bayramla qarşılanıb. Azinforum.az yürüşün yekununu ilə bağlı foto və videonu təqdim edir.
https://www.youtube.com/watch?v=FB8eE7xQct0&feature=youtu.be&fbclid=IwAR1Pb7B1trBL9nSt2xw7R_Ss_WHQcLFEfLJOtf66HMY4m9YyRMYMzagzPNs
https://www.youtube.com/watch?v=4qOpRMMA-ag

