Sosial şəbəkədə biz:

Xaləddin İsgəndərova ağır itki üz verib

08 January 2019, 16:06
Gündəm
Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərova ağır itki üz verib. Sabiq başçının atası Şahmar İsgəndərov yanvar ayının 8-də dünyasını dəyişib. Musavat.com-a bu haqda İsgəndərovlar ailəsinə yaxın mənbə məlumat verib.
Ş.İsgəndərov uzun illər məsul vəzifələrdə çalışıb. O, 34 il Yevlax Taxıl Məhsulları Kombinatının direktoru olub. Mərhum ömrünün son illərini təqaüdçi kimi keçirib.
Şahmar İsgəndərov yanvar ayının 9-da doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində torpağa tapşırılacaq. Yas mərasimi də kənddə veriləcək.
Allah rəhmət eləsin.