Sosial şəbəkədə biz:

Parkinqlərin qiymətilə bağlı – AÇIQLAMA

08 January 2019, 22:26
Gündəm
Bakı Nəqliyyat Agentliyi (BNA) qurumun tabeliyində olan parkinqlərdə tariflərin artması ilə bağlı xəbərləri təkzib edib. Qurumun nümayəndəsi Mais Ağayev FED.az-a bildirib ki, qiymətlər artırılmayıb. Onun sözlərinə görə, hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri, arasında eyni zamanda Neftçilər prospekti-Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib: “Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.