Sosial şəbəkədə biz:

İran Səudiyyə Ərəbistanına uçuşa qadağa qoydu - Gərginlik artır

İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik artıb. Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İran vətəndaşlarına qarşı cinsi təcavüz iddiaları ilə bağlı günahkarlar məhkəməyə çıxarılana qədər Səudiyyə Ərəbistanına ümrə uçuşlarına qadağa qoyulub. Xatırladaq ki, vizalarında problem olduğu üçün ötən həftələrdə Ciddə hava limanında qalan iki iranlı gəncə təcavüz edilməsi, dünən isə İran hava yollarına məxsus İsfahan-Ciddə istiqamətində qalxan təyyarəyə eniş izni verilməməsi iki ölkə arasındakı gərginliyi daha da artırıb. İran daxili işlər nazirini köməkçisi təcavüzdə şübhəli bilinən hava limanı işçilərinin saxlanıldığını desə də İran bu gün verdiyi qərarla ümrə uçuşlarını dayandırıb.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol