Sosial şəbəkədə biz:

Bakının mərkəzində gənc vəhşicəsinə öldürüldü

11 January 2019, 16:53
Gündəm
Bu dəqiqələrdə Bakının mərkəzində, “Nizami” metro stansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib. Virtualaz.org-un xəbərinə görə, naməlum şəxs tərəfindən bıçaqlanan təxminən 25-26 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb. Öldürülən şəxsin kimliyi məlum deyil. Virtualaz.org qətlin təfərrüatları barədə hüquq-mühafizə orqanlarından məlumat almağa çalışır. Bu barədə ətraflı məlumat verməyə çalışacağıq.