Sosial şəbəkədə biz:

Mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

13 January 2019, 09:30
Gündəm

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.

Bunu Trend-ə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:"Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur".

J.Hacıyeva həmçinin qeyd edib ki, apreldə adətən investorlar Azərbaycana səfər edir və potensial müştərilərlə görüşür:

"Biz inanırıq ki, bir sıra mikrokredit təşkilatları təkrar maliyyələşdirilmə ilə bağlı xarici investorlarla müqavilələr imzalayacaq".