Sosial şəbəkədə biz:

Uşaq əməyini istismar edənləri hansı cəza gözləyir - ŞƏRH

13 January 2019, 15:28
Gündəm

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu ilin doqquz ayında dilənən 973 azyaşlı məntəqəyə gətirilib. Bəzən belə uşaqlar valideyn himayəsindən məhrum qalan uşaqlar olsa da, aralarında ata-anası tərəfindən dilənməyə məcbur edilənlər də az deyil.

Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a deyir ki, azyaşlı övladının əməyindən yararlanan, onu istismar edən şəxslərin valideynlik hüququndan məhrum edilməsi ən böyük cəzadır:

“Ailə tərəfindən bu cinayət törədilibsə, ilk olaraq komissiyanın qərarı çıxarılır. Həmin uşaqlar sığınacağa yerləşdirilir və cinayət faktlarının təsdiqlənməsi üçün hüquq mühafizə orqanlarına müraciət edirik”.