Emin Ağalarov xoşagəlməz hadisə ilə üzləşdi - VİDEO
Azərbaycanın Xalq artisti Emin Ağalarov Moskva ətrafında aeroxizəklə hərəkət zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Moderator.az-ın xəbərinə görə, hadisənin videosunu E.Ağalarov öz Instagram hesabında yerləşdirib.
İnsident Rusiyanın İlinsk rayonunda baş verib. Artist və onun dostları aeroxizlərdə balıq ovuna gedirdilər.
Qəfildən nəqliyyat vasitəsi buzun altına düşüb.
Müğənni və onun dostları hadisə zamanı xəsarət almayıblar.