Sosial şəbəkədə biz:

Prezident “SOCAR karbamid” zavodunun açılışında

16 January 2019, 11:21
Gündəm

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib. 

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.