Sosial şəbəkədə biz:

Bakı-Sumqayıt qatarı 1 saatdır gecikir - FOTO

17 January 2019, 22:00
Gündəm

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. 

Qrafikə uyğun olaraq, saat 20:30-da Sumqayıta yola düşməli olan qatar platformaya gəlməyib. Sərnişinlər bir saata yaxındır ki, qatar gözləyirlər."Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Azvision.az -a açıqlamasında bildirib ki, gecikmə mövcud hava şəraiti ilə əlaqədardır. Onun sözlərinə görə, 21:40 qatarı vaxtında yola düşəcək. 

"Hava şəraitinə görə sürəti azaltmışıq. Qrafikdə dəyişik edilib. Hazırda qatar yoldadır. 21:40-da qatar Sumqayıt istiqamətində yola düşəcək", - qurum rəsmisi deyib. 

A