Sosial şəbəkədə biz:

Oğuzda yol qəzasında ər-arvad yaralandı - Vəziyyətləri ağırdır

21 January 2019, 09:54
Gündəm

Oğuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayon ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Oğuz rayon Kərimli kənd sakinləri- 1956-cı il təvəllüdlü Mahmudov Alxas Mahmud oğlu və həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mahmudova Malikə Abdulhüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.REKLAM

Yaralıların vəziyyəti ağır olduğundan onlar sonradan Şəki şəhər mərkəzi xəstəxanasına göndərilib.

Faktla  bağlı araşdırma aparılır.