"Azpetrol"un baş direktoru işdən çıxarıldı
“Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov vəzifəsindən azad edilib.
Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, H.Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə vəzifəsindən azad edilib.