Sosial şəbəkədə biz:

Ərdoğan: ““Türk axını” layihəsini Rusiya deyil, biz dayandırmışıq”

05 December 2015, 19:25
Gündəm
“Tələblərimizə cavab vermədiyi üçün”. “Türk axını” layihəsinin Rusiya tərəfindən yox, bizim tərəfimizdən dayandırılıb. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türkiyə İnnovasiya həftəsi”nin bağlanış mərasimindəki çıxışında bildirib. “Tələblərimizə cavab vermədiyi üçün “Türk axını” təbii qaz layihəsini biz dayandırmışıq”, - Ərdoğan deyib. Türkiyə prezidenti qeyd edib ki, rəsmi Ankara “Türk axını” layihəsini Rusiya ilə münasibətlərin gərginləşməsidnən əvvəl dondurub.