Sosial şəbəkədə biz:

Millət vəkili bu vəzifəsini itirdi - Kafedrasını da bağladılar

23 January 2019, 11:48
Gündəm

Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrası bağlanıb.

Azinforum.az  unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı UNEC-in rektoru, professor Ədalət Muradov əmr imzalayıb. Məlumatı Azərbaycan Dövlət İqtisad Universitetindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən kaferanın müdiri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı olub.