Sosial şəbəkədə biz:

Sambo olimpiya idman növü ola bilər

23 January 2019, 21:01
Gündəm

Rusiya Federasiyasının prezidenti Vladimir Putin maraqlı açıqlama verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin açıqlamasında deyib ki, sakit və rəvan şəkildə sambo idman növünü olimpiya oyunlarına daxil olması üçün çalışacaqlar: “Sözsüz biz bunu etməliyik və edəcəyik də. Bu asan məsələ deyil, amma bu işin üzərində işləyirik. Bu sahədə demək ola ki, rəqibimiz yoxdur”.

Qeyd edək ki, prezident Vladimir Putin sambonu Rusiyanın milli idman növü adlandırıb.