Sosial şəbəkədə biz:

Millət vəkilinin oğlu faciəli şəkildə öldü - Açıqlama

23 January 2019, 23:24
Gündəm

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!