Sosial şəbəkədə biz:

Novxanıda Rəsulzadənin yeni barelyefi quraşdırılıb

24 January 2019, 22:12
Gündəm

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində oğurlanan barelyefinin yerinə yenisi qoyulub.

Belə ki, yeni löhvə Rəsulzadənin doğulub, boya-başa çatdığı evin qarşısında quraşdırılıb.

Qeyd edək ki, yanvarın 15-də baş verən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. 

Araşdırma zamanı barelyefi oğurlayan şəxslərin onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satdıqları məlum olub.