Sosial şəbəkədə biz:

“Heç bir halda istefa etməyəcəyəm” - Madurodan açıqlama

25 January 2019, 10:05
Gündəm

Venesuela prezidenti Nikolas Maduro ölkədə inqilaba cəhd edən parlament sədri və müxalifət lideri Xuan Quaydonu “kloun”a bənzədib.

“ Azinforum.az ” İHA-ya istinadən xəbər verir ki, Maduro prezident postunu tərk etmək üçün təzyiq göstərən ölkələrə də sərt cavab verərək heç bir halda istefa verməyəcəyini söyləyib:

“Mən xalqın iradəsi ilə prezident seçilmişəm. 2025-ci ildə səlahiyyət müddətim bitənə qədər də ölkəni idarə edəcəyəm”.

Maduro ona bu yolda dəstək verənlərə də təşəkkür edib.