Sosial şəbəkədə biz:

Rusiyada təyyarənin qəzaya uğrama anının görüntüləri yayılıb - VİDEO

27 January 2019, 11:34
Gündəm

Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarənin eniş zamanı qəzaya uğrama anının görüntüləri yayılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən "Tu-22M3" tipli təyyarə sərt eniş edib.

Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.