Sosial şəbəkədə biz:

Fyodor Yemelyanenko nakautla uduzdu - VİDEO

27 January 2019, 12:58
Gündəm

Qarışıq döyüş növləri üzrə rusiyalı boksçu Fyodor Yemelyanenko, agır çəki dərəcəsində keçirilən Bellator Gran-prisinin finalında, amerikalı boksçu Rayan Beyderə məğlub olub.

Oxu.Az xəbər verir ki, döyüş Los-Angeles şəhərində keçirilən final görüşü birinci raundunun elə birinci dəqiqəsində nakautla yekunlaşıb.

Bu məğlubiyyət, 42 yaşlı Yemelyanenko üçün altıncı sayılır, o 38 dəfə qarışıq döyüş növlərində qalib olub.

35 yaşlı Beyder isə, indi iki çəki dərəcəsinin çempionluq kəmərinə sahibdir. R.Beyder beş məğlubiyyətlə, 27 –ci qələbəsini qazanıb.