Sosial şəbəkədə biz:

“Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” - Rəsmi açıqlama

28 January 2019, 22:01
Gündəm

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.

Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib ki, yayılan məlumat yalandır: “Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.(qafqazinfo)