Sosial şəbəkədə biz:

“Ötən il 27 uşaq övladlığa verilib” - Nazirlik

02 February 2019, 16:16
Gündəm

2018-ci il ərzində 27 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib. 

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, övladlığa verilən uşaqlardan 16-ı oğlan, 8-i qızdır: "Övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər". 

Qeyd edək ki, 2017-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 32 uşaq övladlığa verilib. Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.