Turizmin inkişafı üçün daha hansı addımlar atılmalıdır – ŞƏRH
“Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyiblər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, müvafiq icra qurumları qiymət siyasətinə nəzarət edərsə, daxili turizminin sürətlə inkişaf etməsinin şahidi ola bilərik: “Azərbaycanda turizm üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı. Xüsusəndə, Azərbaycanda qış turizmi getdikcə populyarlaşır. Ancaq qış turizmi obyektlərində müəyyən narahat edən məqamlar da qalmaqdadır”.