Sosial şəbəkədə biz:

“Günəşli”ni söndürməyə gedən komandir vəfat etdi

08 December 2015, 14:33
Gündəm
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib. “Qafqazinfo” xəbər verir ki, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın7-də xidmətdə olduğu zaman səhhəti qəfil pisləşib. Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilən komandir həkimlərin səylərinə baxmayaraq bu gün xəstəxanada ürək çatışmazlığından vəfat edib. Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. İki övladı var.      “Günəşli”ni söndürməyə gedən komandir vəfat etdi