Sosial şəbəkədə biz:

Qəddafinin oğlu həbsxanadan Rusiya KİV-nə müsahibə verdi

04 February 2019, 14:22
Gündəm

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb.
 RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib. O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib. Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.
Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub.(Trend)