Sosial şəbəkədə biz:

Hava limanında işçilər kütləvi tətilə başladı - Minlərlə sərnişin yolda qaldı

05 February 2019, 10:01
Gündəm

Almaniyanın Hamburq hava limanında işçilər kütləvi etiraza başlayıblar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərin işə çıxmaması səbəbindən 72 reys təxirə salınıb və 9 min sərnişin yolda qalıb.

İşçilər maaşlarının 275 avro artırılmasını tələb edir. Hava limanı rəhbərliyi isə bu rəqəmin yüksək olduğunu bildirir.

Etirazçılar tələbin yerinə yetirilməyəcəyi təqdirdə tətilin davam etdiriləcəyini açıqlayıblar.