Sosial şəbəkədə biz:

İstanbulda yaşayış binası çökdü: ölən və dağıntılar altında qalanlar var -FOTOLAR

06 February 2019, 19:28
Gündəm

Türkiyənin İstanbul  şəhərində yaşayış binasında partlayış baş  verib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə şəhərin Maltəpə qəsəbəsində qeydə alınıb.  Partlayışdan sonra  8 mərtəbəli yaşayış binası  çöküb.

On iki ailənin yaşadığı binanın çökməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə  dağıntıların altında qalıb.

Hadisə  yerinə FHN əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

Dağıntılar altında qalanların çıxarılması üçün tədbirlər görülür.