Sosial şəbəkədə biz:

Saxta “Raffaello” istehsal edən 19 erməni yaxalandı - FOTOLAR

08 February 2019, 10:17
Gündəm

Rusiyanın Rostov şəhərindəki gizli sexdə məşhur “Raffaello” konfetlərini saxta şəkildə istehsal edən ermənilər həbs edilib.

Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın “NTV” kanalı reportaj yayımlayıb. Rostov şəhərinin Kalinin qəsəbəsində tamamilə antisanitar şəraitdə buraxılan məmulatlar mağazalara göndərilirmiş.  Gizli sexdə işləyən və Rusiyada qanunsuz yaşayan 19 erməni miqrant hüquq-mühafizə əməkdaşları tərəfindən həbs edilib. Müvafiq cinayət işi və araşdırma başlanıb.