Sosial şəbəkədə biz:

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatdı

08 February 2019, 12:08
Gündəm

İstanbulun Kartal bölgəsində çökən səkkizmərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb.

Yerli mətbuat xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 12-yə çatıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Araşdırma aparılır.

02/07/2019. 22:26

İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Ərazidə xilasetmə işləri davam etdirilir.

*   *   *15:00

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib. “Hürriyet” xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.

Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb.

Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.

Ətraf Mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.

Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə edilib.