Sosial şəbəkədə biz:

Prezident onları əfv edəcək - Komissiya işə başladı

10 February 2019, 13:01
Gündəm

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası fevralın 8-də iclas kecirib.  

Komissiyasından daxil olan məlumata görə, iclasda əfv üçün müraciət edən 100 nəfərin işinə baxılıb. Bildirilir ki,  Novruz bayramı ərəfəsində gözlənilən  növbəti əfv üçün 1000-ə yaxın müraciət olunub.

Yaxın günlərdə digər müraciətlərə də baxılıb, ölkə başçısına təqdim ediləcək.

Əfv olunacaq şəxslər arasında bir neçə siyasi məhbusun da olacağı gözlənilir.