Sosial şəbəkədə biz:

Əxlaqsızlığa görə cərimə artırılır - Azərbaycanda

09 December 2015, 16:30
Gündəm
Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılması planlaşdırılır. “ Azinforum.az ” interfaks.az-a istinadən xəbər verir ki, ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində əxlaqsızlıqla məşğul olan şəxslərin 100 manat məbləğində cərimələnməsi nəzərdə tutulur. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu əmələ görə cərimənin miqdarı 35-40 manat təşkil edir.