Sosial şəbəkədə biz:

Münhendə Məmmədyarovla Mnatsakanyanın görüşü gözlənilir

15 February 2019, 20:44
Gündəm

Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş ola bilər.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov "RİA Novosti"yə açıqlamasında belə bir görüşün keçiriləcəyini istisna etməyib. Nazirin sözlərinə görə, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər. “Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”, - deyə Məmmədyarov vurğulayıb. (Azvision.az)