Sosial şəbəkədə biz:

Sumqayıtda yanğın olub: 30 nəfər təxliyə edilib

16 February 2019, 15:47
Gündəm

Sumqayıt şəhərində yanğın olub.

FHN xəbər verir ki, orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.