İnternat evinin məzunlarını mənzil adı ilə kim aldadıb? -Şikayət - VİDEO
İnternat evlərindən məzun olan şəxslər onlar üçün inşa edilən binadan mənzil ala bilmədiklərindən narazıdırlar.
Xezerxeber.az-ın məlumatına görə, onlar iddia edirlər ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyində təlimçi kimi çalışan Seymur Kazımlı onlardan pul tələb edərək adlarını ev alanların siyahısına yazacağına söz verib.
Məsələ ilə bağlı Seymur Kazımlı ilə əlaqə saxladıq. O isə qarşı tərəfi ittiham edib.
Seymur Kazımlının qaldırdığı iddiaları araşdırmaq üçün Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən internat uşaqları üçün inşa edilən Məzun evinin direktoru Ruxsarə Axundova ilə əlaqə saxladıq. O bildirdi ki, Rəfael Hüseynov, Rəna Həsənova, Sevanə Həsənova və Rahil Həsənovun adına mənzillər mövcud deyil. Adı çəkilən Qeyri-hökümət təşkilatının rəhbəri Araz Əhmədov isə "Xəzər Xəbər"ə bildirdi ki, evə görə heç kimdən pul alınmayıb. O qeyd edib ki, sadəcə binada 125 mənzil olduğu üçün bu evlər hamıya çatmayıb. Mübahisələr də buna görə yaranıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
- 21.02.201909:25