Xərçəngdən dünyasını dəyişən polkovnik-leytenant dəfn edildi - FOTOLAR
Xərçəng xəstəliyindən dünyasını dəyişən polkovnik-leytenant dəfn edildi.
Moderator.az xəbər verir ki, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və dünyasını dəyişən Azərbaycan Respublikasının istefada olan polkovnik-leytenantı Elyaz Mirzəyev dəfn edilib.
E.Mirzəyev fevralın 19-da Türkiyədə müalicə aldığı “Gülhanə” xəstəxanasında dünyasını dəyişdikdən sonra dünən vətənə gətirilib. O, bu gün Qəbələnin Vəndam kəndində musiqi sədaları altında böyük izdihamla dəfn edilib.
Allah rəhmət eləsin!
Vasif Əlihüseyn

