Sosial şəbəkədə biz:

Sumqayıtda avtobus binaya çırpılıb - 20-dən çox yaralı var +Video

21 February 2019, 19:00
Gündəm

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı məhəllə ərazisində qeydə alınıb.

Belə ki, 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. 
Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.