Komaya düşən baş redaktor vəfat edib
"Mediapress" İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman dünyasını dəyişib.
Tanınmış jurnalist bu gün 46 yaşında vəfat edib.
Qeyd edək ki, insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən N.Qocaman fevralın 1-dən koma vəziyyətində idi. Həkimlərin cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.