Moldovada parlament seçkiləri keçirilir
Bu gün Moldovada parlament seçkiləri keçirilir.
Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə üzrə 2018 seçki məntəqəsi açılıb.
Məlumata əsasən, seçkilərdə təhlükəsizliyi 4 mindən artıq polis əməkdaşı təmin edir. Seçkiləri 3 mindən artıq müşahidəçi izləyir.
Səsvermə yerli vaxtla saat 21:00-da yekunlaşacaq.