Sosial şəbəkədə biz:

Sədaqət Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

28 February 2019, 17:43
Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sədaqət Qəhrəmanovanın 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərtac xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədyar qızı Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilb.

Qeyd edək ki, S.Qəhrəmanova 1949-cu ilin martın 1-də Şəmkir rayonunda anadan olub. Sabah onun 70 yaşı tamam olur.