Sosial şəbəkədə biz:

Əfv Komissiyası: 400-ə yaxın müraciətə baxılıb

28 February 2019, 21:09
Gündəm

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda ümumilikdə 400-ə yaxın müraciətə baxıldığı bildirilib. 

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. 

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.