Sosial şəbəkədə biz:

“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü

01 March 2019, 16:19
Gündəm

Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib. “Qafqazinfo”nun “Praym Kraym” saytına istinadən xəbərinə görə, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb. 

Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.

“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi tanınırdı.