Sosial şəbəkədə biz:

"Neftçi" "Sabah"ı böyük hesabla məğlub etdi

02 March 2019, 21:57
Gündəm

Martın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti oyunu keçirilib.

Belə ki, "Neftçi" doğma azarkeşlər önündə debütant "Sabah" komandasını qəbul edib. Görüş flaqmanın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.

Paytaxt təmsilçisinin heyətində Canluka Samsone (9), Emin Mahmudov (24) və Baqali Dabo (79) fərqləniblər. 

Matçın 84-cü dəqiqəsində "Neftçi" klubunun yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan qovulub.