Sosial şəbəkədə biz:

İtaliyada ən təhlükəli mafiozun həbsi: qadın paltarı da kömək etmədi

03 March 2019, 10:53
Gündəm

Neapolda İtaliya mafiyasının ən təhlükəli başçılarından biri həbs olunub.

The Guardian”ın məlumatına görə, 14 il axtarışda olan 38 yaşlı Marko Di Lauro polisdən gizlənmək üçün qadın paltarı geyinməkdən belə çəkinməyib.

O, İtaliyada ən çox axtarılan cinayətkarların siyahısında ikinci olub.

Bildirilir ki, bir neçə il bundan öncə Di Lauro xarici görünüşünü dəyişmək üçün plastik əməliyyat etdirib.

Qeyd olunur ki, polis əməliyyat keçirərkən Di Lauro evində iki pişiyin əhatəsində makaron yeyirmiş. O, müqavimət göstərməyib. (Oxu.az)