Sosial şəbəkədə biz:

Qanuna edilən dəyişiklik banklara inamı bərpa edəcəkmi - ŞƏRH

03 March 2019, 14:09
Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə  əsasən Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu dəyişiklik vətəndaşların banklara olan inamının bərpasında stimullaşdırıcı addımdır:

“Bu qərar vətəndaş bank arasında olan münasibətlərə istilik gətirəcək. Hazırda bu qəbildən verilən qərarlara ehtiyyac var. Nəzərə almaq lazımdır ki, ölkədə baş verən iki devalvasiyada əsas zərbə bank sektoruna dəydi. Məhz o dövrdən sonra banklara qarşı vətəndaşlarda inamsızlıq yarandı. Şübhəsiz ki, ölkə başçısı tərəfindən bu istiqamətdə verilən qərarlar vətəndaş və bank arasında münasibətlərin bərasına müsbət təsir edəcək”.