Sosial şəbəkədə biz:

"Axrıncıdan sonra nə qapıya gələn var, nə də..." - Nura Suri

04 March 2019, 22:01
Gündəm

ARB TV-nin "Söhbət var" verilişin növbəti qonağı müğənni Nura Suri olub.

Unikal.org  xəbər verir ki, müğənni yenidən ailə qurmaq istəyindən danışıb:

"8 martdan xüsusi təbrik, heç yerdən, heç kimdən gözləmirəm. Mənə göz dəydi. Axırıncıdan sonra nə qapıya gələn var, nə də almaq istəyən. O qədər dedilər, dedilər ki, göz partdatdı, qoymadı. Yenidən niyə də evlənməyim? Olsun, olsun... Bir də görürsən ki, evin ortasında qışqıra-qışqıra gəzirəm ki, bu nədi, bu cür gözəlliyin qədrini bilən yoxdur. Arada bir az ciddi, amma zarafatı qatıb deyirəm. Fikirləşirəm ki, yəqin insanların zövqü korlanıb. Nə 14 fevralda, nə 8 martda məni təbrik edənim yoxdur. Zövqləri çoxdan korlanıb".