Sosial şəbəkədə biz:

Bakıda saxta 100 manatlıqlar aşkarlandı

14 April 2015, 15:39
Gündəm
  Bakı şəhər sakinindən saxta pullar götürülüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Səbayel RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Soltanovdan 25 ədəd 100 manatlıq saxta əskinas götürülüb. Araşdırmalar davam etdirilir.